Xəbərlər 19.03.2024 13:01 5721

Şəhidimiz Zəka Abışovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zəka Abışov 19 mart 2001-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabr ayının əvvəlində düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 22 noyabr tarixində Qızıldaş qəsəbəsində dəfn olunub.

Zəka Abışov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı