Xəbərlər 28.03.2024 09:20 2841

QHT sədri: “Erməni milyonçuları Solovyovu dingildədiblər”

“Martın 22-də Moskvada "Krokus Siti Holl”da baş verən dəhşətli terror aktında Azərbaycan izini axtarmağa cəhd göstərən ermənipərəst rusiyalı jurnalist Vladimir Solovyovu bu dəfə də erməni milyonçular dingildədib. Onun ermənipərəst mövqeyi, illərdir, apardığı anti-Azərbaycan kampaniyası faktdır. O, hər dəfə beynəlxalq jurnalistikanın etik norma və prinsiplərinə məhəl qoymadan işğalçı ölkənin maraqlarını qorumaqla yanaşı, Azərbaycana qarşı əsassız çıxışlar edib. Bəs, məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələr Solovyovun boş başına haradan girib?”.

Bu sözləri Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin Moskvada, “Krokus Siti Holl”da baş verən dəhşətli terror aktını erməni silahlıların törədə biləcəyini istisna etməyib: “Bu barədə o, Yutub kanalına açıqlamasında deyib. Kaşin bildirib ki, hər kəs ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını xatırlayır. Eyni zamanda, o, “Krokus Siti Holl”un azərbaycanlıya məxsus olduğunu və buna görə də ermənilərin hücum edə bilmək ehtimalını irəli sürüb. Belə ki, icraçının kim olmasından asılı olmayaraq, əsas diqqət hazırda sifarişçinin üzərindədir. Bu inandırıcı ehtimalı diqqətdən yayındırmaq məqsədilə erməni milyonçuları Solovyovu dingildədiblər. O, da Azərbaycanı hədəfə almağa cəhd göstərib. Bununla da Azərbaycan-Rusiya dostluğuna xələl gətirmək niyyətinin həyata keçəcəyinə ümid edib. Axı ermənilərin çörəyini yeyən Solovyov Ermənistan-Rusiya "qardaş"lığının düşmənçiliyə çevrildiyini yaxşı başa düşür”.

QHT sədri həmçinin bildirib ki, 1963-ü ildə Moskvada yəhudi ailəsində doğulan jurnalistin müəllif proqramlarında rus şovinisti və erməni təəssübkeşi olduğu açıq sezilir: “İqtisad elmləri namizədi, ABŞ-ın Alabama Universitetində iqtisadiyyat sahəsində müəllimlik etmiş bu şəxs Qərb əleyhinə mülahizələri də seçilir. O, hər il Rusiya erməni icmasının “Kreml sarayı”nda təşkil etdiyi illik bayram proqramlarında iştirak edir və erməni auditoriyasına Ararat dağını (Türkiyə ərazisindəki Ağrıdağı) bir gün geri qaytarmalarını arzulayır. Təsadüfi deyil ki, 2013-cü il dekabrın 6-da Vladimir Solovyov Ermənistanın sabiq prezidenti Serj Sərkisyan tərəfindən “Şərəf “ ordeni ilə mükafatlandırılıb. “Şərəf” ordeni Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərə görə verilir”.

Sonrakı

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı