Xəbərlər 28.03.2024 18:38 1734

Sosial Xidmətlər Agentliyi ilə  Penitensiar xidmətinin birgə əməkdaşlığı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı çərçivəsində sosial reabilitasiya yönümlü fəaliyyətin həyata keçirilməsi məqsədilə qiymətləndirmə aparılıb. 

 

Belə ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə müvafiq müəssisələrdə ilkin sosial-psixoloji qiymətləndirmə işinə başlanıb. 

 

Proses zamanı şəxslərin sosial vəziyyətinin anket sorğusu vasitəsilə müəyyən olunması, eləcə də, onlarda depressiya, təşviş pozuntusu, özünəqapanma və s. kimi halların aşkarlanması məqsədilə psixoloji şkalalar üzrə qiymətləndirmələr aparılıb. Qiymətləndirmədə iştirak edən şəxslərin müvafiq mövzu ətrafında fikirləri öyrənilib. 

 

Şəxslər azad edildikdən sonra, əməkdaşlığa uyğun olaraq onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstək yönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı