Xəbərlər 02.04.2024 08:22 2325

"Qadına Qarşı Şiddət: Səssizliyə Son!" 

"Demək olar ki, hər gün bir qadının döyüldüyünü eşidir, bıçaqlandığı və öldürüldüyü xəbərini oxuyuruq. Nə edirik? Ancaq xəbərləri oxuyur və susuruq. Niyə? Çünki “ Nə işimiz var camahatın ailəsi ilə” ifadəsini işlədir və özümüzü həmin məsələdən uzaqlaşdırırıq. Qadının çarəsizliyini, kimsəsizliyini görmürük".

QHT.az xəbər verir ki, bu sözləri rəssam Akif Əmirov bildirib. Onun sözlərinə görə, qanunvericilikdə qadın haqqları qorunur və dövlətimiz tərəfindən onların haqqlarının qorunması ilə bağlı addımlar atılır: "Bəs ictimai qınaq? Bəs bizim qonşumuzda, yaxınlarımızın ailələrində gördüyümüz şiddətə səssiz qalmağımızın səbəbi nədir? Heç düşünürkmü o qadın haqqlarını bilmir? O, qadın qorxur hayqırmağa, fəryad qoparmağa, haray çəkməyə. Cavabını mən verim düşünmürük! Çünki “bizdən uzaq olsun nə olur olsun” fikri bizə imkan vermir. Ancaq bu şiddətə cəmiyyət olaraq reaksiya verməliyik. Kişi və ya qadın fərq etmir gördüyümüz şahidi olduğumuz şiddətə gözümüzübağlayıb qulağımızı tıxamamalıyıq. Milli mənəvi dəyərlərimizdə qadını necə hörmətli tuturuqsa, dinimiz qadını necə dəyərləndirirsə bunu bilməklə kifayətlənməməliyik. Əməli işimizdə də göstərməliyik. Bizim qanunlarımız alidir, dövlətimiz hər bir vətəndaşının yanındadır! Biz də bu işdə səssiz qalmayaq. Qadına Qarşı Şiddətə Son!!"

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı