Xəbərlər 21.06.2025 17:25 40

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi keçiriləcək 

Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə 27-29 iyun tarixlərində Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi keçiriləcək.

QHT.az xəbər verir ki, layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı