Xəbərlər 21.06.2025 18:09 79

QHT "Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin beşinci SMM təlimini keçirib - FOTOLAR

"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 21 iyun tarixində "Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin beşinci Sosial Media Marketinqi (SMM) təlimini keçirib.

QHT.az xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təlimdə əsas diqqət sosial media optimizasiyası (SMO) və rəqəmsal platformalarda effektiv fəaliyyət göstərmək üçün lazım olan biliklərin təqdimatına yönəldilib.

Təlimçi Pərvanə Fərhadqızı meta business suit və digər rəqəmsal alətlər vasitəsilə səhifələr arasında zəngin kontent paylaşma imkanlarını iştirakçılara izah edib. Təlim interaktiv şəkildə keçirilib və iştirakçılar praktiki məşğələlər vasitəsilə öyrəndikləri bilikləri tətbiq etmək imkanı əldə ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi, əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək, onların əmək bazarına inteqrasiyasını təmin etməkdir. Təlimlər mərhələli şəkildə davam edəcək və iştirakçılar gələcək mərhələlərdə əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmək şansı qazanacaqlar.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı