Xəbərlər 26.05.2025 12:14 346

Bakı İctimai Əməkdaşlıq Mərkəzi  "Konstitusiya və Suverenlik İli" münasibətilə tədbir keçirib - FOTOLAR

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə, 28 May Müstəqillik Günü Münasibətilə "Konstitusiya və Suverenlik İli" mövzusunda tədbir kecirildi.

QHT.az xəbər verir ki, tədbiri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni açdı. O, qeyd etdi ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğu və tərəqqisini təmin edən başlıca prinsiplərdir. Hər iki amil təkcə dövlətin hüquqi, iqtisadi-siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Severenlik İli” elan edilməsi bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəliklər tələb kimi qarşıya qoyulur. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Tədbirdə Azərbaycan-Türkiyə qida Təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova ölkə prezidentinin sərəncamını tədbir iştirakçılarının diqqətinə təqdim etdi.

O, eyni zamanda xatırlatdı ki, 2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu və artıq beşinci ildir ki, Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Respublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün biz bu ali dəyərləri tam qorumalıyıq, çünki, ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir.

“Ailələrə Sosial Dəstək” ictimai birliyinin sədri Rəhimova Esmira isə, cıxış edərək qeyd etdi ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və gücünün ifadəsidir. Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrimizdən biridir.

Cıxış edən “Müharibə Veteranları Qadınlarına Sosial Yardıım” İB-nin sədri Radə Abbas, şairə Nəcibə İlkin, “ Azərbaycan-Türkiyə qida Təhlükəsizliyi İB-nin sədri, "Səhhət"Sağlamlığa Dəstək İ B sədri, həkim Tariel Həsənov, BDU- nun Sosial Elmlər və Psixologiya fakultəsini müəllimi Lalə Maxsudova qeyd etdilər ki, dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır.

Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ümummilli Lider Heydər Əliyev Konstitusiyada Azərbaycan xalqının Azərbaycan vətəndaşlarından ibarət olmasını nəzərə alaraq deyirdi: “Konstitusiya xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı