QHT sədri: "Fiziki məhdudiyyətli uşaqları olan ailələrə daima dəstək göstərməliyik’”
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında həssas qrupdan olan uşaqlar üçün keçirilən tədbirdə anaların fiziki qüsurlu övladlarına olan qayğısı, sevgisi, səbr və dözümlülüyünün onu dərindən təsirləndirdiyini bildirib:
QHT sədri qeyd edib ki, anaların məhəbbət dolu baxışlarını və narahatlıqlarını gördükdə, onların yanında daim ola bilmədiyimiz və lazımi dəstəyi vermədiyimiz üçün özünü xəcalətli hiss edir:
"Hər bir ana üçün onun balasından gözəli, yaraşıqlısı, ağıllısı yoxdur. Ana deməyə dilim gəlməyən qadınlar var ki, dünyaya gətirdikləri övladlarını küçəyə, sığınacağa, zibil qablarına, məscidlərin önünə atıb öz həyatlarını yaşayırlar. Vaxt gələcək, o övladlar üçün göz yaşı tökəcək, gecələr rahat yata bilməyəcəklər, hər zaman gözləri onlara bənzəyən uşaqları axtaracaqlar, lakin geri dönüş yoxdur. Fiziki qüsurlu uşaqları olan ailələrə istər dövlətimiz, istərsə də bizlər daima mənəvi və maddi dəstək göstərməli, onların yanında olmalıyıq".
Pərvanə Fərhadqızı