“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihənin icrası davam edir
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihənin icrası davam edir.
QHT.az xəbər verir ki, bu barədə İctimai birliyin sədri O.Ə. İsayev məlumat verib. Onun sözlərinə görə, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhərində əhali arasında ictimai nəzarət mexanizmləri barəsində biliklərini müəyyən etmək üçün sorğu keçirilmişdir. Sorğu ictimai birliyin könüllüləri tərəfindən keçirilmişdir. Respiyentlərin 62 nəfəri kişi, 38 nəfəri qadın, 28 nəfəri gənclər, 72 nəfəri isə müxtəlif yaş qruplarından olan şəhər və qəsəbələrin sakinləri olmuşlar.
Rəyi soruşulanların 37 nəfəri “İctimai nəzarət” ifadəsi ilə tanış olduğunu, 51 nəfəri isə tanış olmadıqlarını bildirməmişlər. 12 nəfər cavab verməkdən imtina etmişlər. “İctimai nəzarətin təmin edilməsi ilə bağlı qanunvericilik bazası” barədə suala 30 nəfər məlumatlı olduqlarını, 63 nəfər isə məlumatlarının olmadıqlarını bildirmişlər. 7 nəfər isə cavab verməkdə çətinlik çəkdiklərini bildirmişlər. İctimai nəzarətin gücləndirilməsinə Azərbaycan Respublikası Prezidentinin münasibətini 48 nəfər müsbət, 31 nəfər mənfi, 21 nəfər isə qiymətləndirməkdən imtina etmişlər.
Digər sualların da cavablarını araşdırdıqdan sonra məlum oldu ki, yerli əhalinin bu sahədəki islahatlardan məlumatları kifayət qədər deyildir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq layihə çərçivəsində məlumatlandırma tədbirlərinin genişləndirilməsi qərara alındı.