Xəbərlər 03.06.2025 08:26 173

“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində növbəti SMM təlimi keçrildi - FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində növbəti SMM təlimi uğurla baş tutdu.

QHT.az xəbər verir ki, təlimdə iştirakçılara “Rəqəmsal kimliyin formalaşdırılması” mövzusunda geniş məlumat verildi. Təlimçi Pərvanə Fərhadqızı bildirib ki, brendinq mal və xidmətlərə brendin sahib olduğu gücü aşılaya bilmə bacarığıdır və reklam yerləşdirmək, brendin görünürlüğünü artırmaqda effektivdir. İştirakçılar rəqəmsal platformalarda öz brendlərini qurmaq və tanıtmaq üçün vacib biliklər əldə etdilər. Təlim müddətində iştirakçılar həmçinin sosial media marketinqi, rəqəmsal alətlərdən istifadə, effektiv reklam strategiyaları və onlayn platformalarda biznes imkanları barədə praktiki məlumatlar aldılar. Bu, onların rəqəmsal bacarıqlarını artırmaq və əmək bazarında daha rəqabətədavamlı olmalarına kömək edəcək.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını inkişaf etdirərək, onlayn məşğulluq imkanlarına çıxışını təmin etmək və onların sosial-iqtisadi həyatda aktiv iştirakını dəstəkləməkdir. Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar öz bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edəcəklər.

“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin ictimai-iqtisadi aktivliyinin artırılmasına yönəlib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı