1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Neftçalada xeyriyyə aksiyası keçirildi - FOTOLAR
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Neftçala rayonunda Xeyriyyə Aksiyası keçirilib.
QHT.az xəbər verir ki, bu haqda Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib. İctimai Birliyinin sədri bildirib ki, Aksiya pediatr Kənan Qarayev tərəfindən icra edilib. 1 İyun 2025-ci il tarixində Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilən həssas qrup ailələrin azyaşlı uşaqlarının ödənişsiz tibbi müayinəsi Neftçala rayonunun müxtəlif yaşayış məntəqələrindən müraciətçiləri əhatə edib. Müayinə zamanı aşkarlanan problemlərin müalicəsi doktor Kənan Qarayev tərəfindən ödənişsiz davam etdiriləcək. Xəstə uşaqlar dərmanlarla təmin olunacaq.
Xeyriyyə Aksiyasına kənd yerində yaşayan həssas qrup əhalinin sosial rifahının yaxşılışdırılmasına dəstək vermək üçün yaradılan Qaraman Icma Mərkəzi ev sahibliyi edib.