Xəbərlər 03.06.2025 12:03 90

“Qlobal Cənub QHT-lərinin birliyi problemlərimizə birlikdə cavab verməyə imkan yaradır” - Nigerin Gənclər Səfiri

Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Nigerin Gənclər Səfiri Aliu Umaru təəsüratlarını bölüşüb:

QHT.az xəbər verir ki, platformanın üzvü qeyd edib ki, Nigerdən gənc lider olaraq Bakıya gəlib və əsas məqsədi ölkələrimiz arasında əlaqələri gücləndirməkdir:

"Ümid edirəm ki, bu cür görüşlər - Qlobal Cənub QHT-lərinin tədbirləri - ölkəmə burada iştirak etmək və öz problemlərimizi səsləndirmək, sənaye təsirlərinə və qlobal iqlim dəyişmələrinə qarşı birgə mübarizə aparmaq üçün imkanlar yaradacaq".

Ətraflı videoda:

 

Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı