Xəbərlər 03.06.2025 12:10 103

Distant formada mediatorlar üçün təlim xarakterli seminar keçirilib - FOTOLAR

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Məhkəmə-Hüquq Şurası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə distant formada mediatorlar üçün təlim xarakterli seminar keçirilib.

QHT.az xəbər verir ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən təlim 2 saat olmaqla, “Mediasiya haqqında” Qanuna edilmiş son dəyişikliklərin tətbiqi məsələləri, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunmasının səbəbləri mövzularını əhatə edib. Mövzular Mediasiya Şurasının üzvü, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov və Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyasının sədri Günay Cavadova tərəfindən məruzə olunub.

Təlimdə 43 nəfər kişi, 31 nəfər qadın olmaqla, 74 nəfər mediator iştirak edib. Təlim diskussiya formasında aparılın və sonda mediatorları maraqlandıran suallar cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı