"Uşaq əməyinin istismarı" mövzusunda məlumatlandırıcı təlim keçirilib - FOTOLAR
19 iyun 2025-ci il tarixdə Qobustan Rayon Polis Şöbəsinin .əməkdaşları üçün İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyası tərəfindən "Uşaq əməyinin istismarı " mövzusunda məlumatlandırıcı təlim təşkil edib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı təlimi həyata keçirən Koalisiyanın idarə heyətinin üzvü, Ailə Dünyası "Ailələrə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Gülayə Səfərova bildirib. Onun sözlərinə görə, təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışı və formaları, eyni zamanda baş verə biləcək neqativ halların müəyyən edilməsi və bu hallarda təhlükəsizliyin təmin olunması məqsədilə preventiv tədbirləri dəstəkləyən indikatorlar barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub. İnteraktiv formatda keçən təlim zamanı polis əməkdaşları öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.
Təlimin sonunda iştirakçılar bu sahədə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin və müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.