Xəbərlər 15.11.2023 15:32 2716

Şəhid Samir Hüseynovun doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Samir Əlizadə oğlu Hüseynov 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində anadan olub.

QHT.az xəbər verir ki, orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət işləyib lakin 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıdıb və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlayıb. Samir Hüseynov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 9 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samir Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı