Xəbərlər 01.12.2023 16:15 4073

Gənc Vətənpərvərlər Ictimai Birliyi yeni layihənin icrasına start verib - FOTO

Gənc Vətənpərvərlər Ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə “Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunması” adlı layihəyə start verib.

QHT.az xəbər verir ki, layihənin icrasının başlanması ilə bağlı konfrans keçirilib. İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər. Layihə rəhbəri Müqamət Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb: “Gənclər Fondun yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bunun xaricində təşkilatın 12 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib”.

Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev bildirdi ki, layihə dekabrın 1-dən martın 1-nə kimi icra olunacaq. 3 ay müddətində icra olunan layihə Bakı şəhər Ali və orta təhsil müəssisələrində həyata keçiriləcək. Layihənin əsas məqsədi, Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II –ci Qarabağ və 2023-cü il 19-20 sentyabr tarixində Qarabağda aparılan "antiterror əməliyyatları”nda, döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının təbliğ olunması, işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağın artırılması və narkomaniyadan və pis vərdişlərindən uzaq olması və s tədbirlərinin keçirilməsidir.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı