Xəbərlər 11.12.2023 10:14 1771

Şəhid Samir Mehdiyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir Valeh oğlu Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Samir Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 23-də qəhrəmancasına şəhid olub.

Samir Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı