Xəbərlər 29.02.2024 18:12 1286

Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki... VİDEO

Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür. Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır (Maddə 29).

QHT.az xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.

 

Daha ətraflı videoda:


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı