Xəbərlər 02.03.2024 18:21 3514

QHT sədrinin rəhbərlik etdiyi qəzetin 100 yaşı tamam olur

Salyan rayonunun  ictimai-siyasi qəzeti olan “Qələbə”nin 100 yaşı tamam olmuşdur.Tam bir əsr əvvəl, 21 fevral 1924-cü ildə “Qırmızı Muğan” adı ilə nəşr olunan qəzetin yübileyində   Azərbaycan Mətbuat Şurasın rəsmləri, respublikamızın tanınmış elm, sənət adamları, Milli Məclisin deputatı, mərkəzi qəzetlərin təmsilçiləri, qonşu rayonlardan gəlmiş jurnalistlər, Salyan rayonunun ziyalılıları, ictimaiyyət nümayəndələri, qəzetin veteranları və oxucuları iştirak etmişlər.
 

Qəzetə iyirmi ildir ki, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Ali Media mükafatı lauretı  Rüstəm Məlikov rəhbərlik edir. 
 

Salyan Rayon İcra hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbir iştirakçıları əvvəlcə  mət-buatın inkişafına daim böyük diqqət və qayğı göstərmiş ulu öndər Heydər Əliyevin  şəhərin baş meydanındakı möhtəşəm abidəsini ziyarət edib, önünə tər güllər düzdülər. Sonra mərasim rayon icra hakimiyyətinin akt zalında yubileyə həsr olunan videoçarxın nümayişi ilə davam etdi.
 

Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov “Qələbə”nin yaradıcı heyətinə yubiley münasibətilə təbriklərini çatdırdı. O, hər zaman rayonun ictimai həyatında mühüm rol oynamış, milli məfkurə tribunası olmuş, əhalinin maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirmiş “ağsaqqal” qəzetin xidmətlərini yüksək dəyərləndirdi, redaksiya kollektivinə ən xoş arzularını bildirdi. 
 

Qəzetin baş redaktoru Rüstəm Məlikov çıxışında bildirdi ki, qələbələr müjdəçisi olan “Qələbə” şanlı tarix yaşayıb, nailiyyətlərə işıq tutub, çatışmazlıqları cəsarətlə tənqid edib, prinsipiallığını və obyektivliyini itirməyib.   
Sonralar adı dəfələrlə dəyişdirilərək “Sosializm yolu”, “Məhsul”, “Günaydın” və “Qələbə” kimi tanınan bu mətbu orqanın indi artıq 8700- dən cox nömrəsi çıxıb.
Qəzetin baş redaktoru Rüstəm Məlikov çıxışında bildirdi ki, qələbələr müjdəçisi olan “Qələbə” şanlı tarix yaşayıb, nailiyyətlərə işıq tutub, çatışmazlıqları cəsarətlə tənqid edib, prinsipiallığını və obyektivliyini itirməyib. Vaxtilə bu redaksiyada çalışmış ünlü söz adamları xatırlandı və ənənələrin layiqincə davam etdirildiyi diqqətə çatdırıldı. 

 

Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, vaxtilə bu rayon qəzetinin məsul katibi olmuş, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arif Əliyev, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov, Salyan Rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev 100 yaşı tamam olan qəzetlə bağlı səmimi duyğularını dilə gətirdilər.
 

Sonda yubilyar qəzetin kollektivinə Mətbuat Şurasının diplomu və Salyan Rayon İcra Hakimiyyətinin fəxri-fəmanları təqdim edildi. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı