Xəbərlər 04.03.2024 10:33 3368

“Parlament seçkilərinə qadınları hazırlamalıyıq”- QHT sədri

Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti kimi, qadınların siyasi təmsilini artırmaq və onların siyasətdə daha aktiv iştirakını dəstəkləmək üçün hansı strategiyaları izləyirsiniz?

QHT.az-ın bu sualına cavab verən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, siyasətdə qadınların təmsilini artırmaq üçün, ən birinci  kvota məsələsini gündəmə gətirmək lazımdır: “Siyasi partiyalarda yetərincə savadlı və aktiv qadınlarımız var. Seçki zamanın istəyir proportsional, istəyir majoritar seçki marafonunda partiyalarda bərabər qadın və kişilər seçki Marafonuna qatılmalıdılar. Məsələn, avropada 40-50 faiz kvota verilir xanımlara. Siyahıda hər bir kişinin ardınca bir qadın olmalıdı. Ikincisi hakimiyətdə də Qadınlara kvota verilməlidi. Bu qədər ağıllı savadlı olan Qadınların heç birisi hökümət strukturlarında yer almayıblar. Parlamentdə qadınlara 40 faiz yer verilməlidir. Bunun üçün də bizim qeyri hökümət təşkilatları aktivləşib həm bələdiyə seçkilərinə, həm də parlament seçkilərinə qadınları hazırlamalıyıq. Qadınlar arasında qısqanclığı aradan qaldırmalıyıq və birləşib öz nümayəndələrimizə dəstək verməliyik!”.

Qeyd edək ki, martın 3-də dəyərli insan, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun doğum günü idi. QHT.az dəyərli Novella xanımı ürəkdən təbrik edir, ona uzun, sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı