Xəbərlər 05.03.2024 20:39 1389

“29 iqlim söhbəti: “COP29”a gedən yol”da növbəti tədbir...

“29 iqlim söhbəti: “COP29”a gedən yol”da növbəti tədbir “Gender və İqlim Fəaliyyəti: Qadınlar üçün həllər, qadınlar tərəfindən” mövzusunda baş tutacaq.

QHT.az xəbər verir ki, panel müzakirədə iqlim dəyişikliyinin qadınlara təsiri və genderə həssas iqlim fəaliyyətinin necə inkişaf etdirilməsindən danışılacaq.

Qeyd edək ki, BMT-nin Azərbaycandakı Nümayəndəliyi “29 iqlim söhbəti: “COP29”a gedən yol” adlı mühazirələr silsiləsinə başlayıb. “COP29”a həsr olunmuş silsilə söhbətlər qlobal iqlim problemi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyətə təkan vermək və dialoq yaratmaq məqsədi daşıyır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı