Xəbərlər 11.03.2024 18:34 3189

“Dünya bir daha Azərbaycan xalqının nə qədər mədəniyyətə, dini zənginliyə dəyər verdiyinin şahidi oldu”- QHT sədri

“İşğalçı Ermənistanın 28 illik işğalı dövründə Qarabağda Azərbaycana məxsus bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.  Azərbaycana aid mədəni və dini mülkiyyət dağıdılıb, təhqir edilib,  qanunsuz olaraq Ermənistana daşınıb. Bu ərazilərdə 100 000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib”.

Bu sözləri İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev Qarabağdakı dini abidələrin və məscidlərin azad edilməsi, islami mədəniyyət və dini zənginliyin bərpası haqqında QHT.az- a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, ermənilərin bu barbarlığı adi müharibə cinayəti sayılmır: “Erməni faşistləri işğal dövründə Qarabağda məqsədli olaraq bütün tarixi abidələrimizi məhv edib, maddi mədəniyyət nümunələrimizi talayıb, hətta qəbirləri söküb, sümükləri belə daşıyıb aparıblar. Prezident İlham Əliyevin söylədiyi kimi, “onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin o ərazilərdən itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Artıq dini abidələr, məscidlər yenidən bərpa olunur, ibadətlərə açılıb həmin məscidlərdə insanlar namazda qılırlar və hər bir dini inanclı islam xalqları bunun şahidi olur. Hətta tarixi məbədlər belə qorunub saxlanacaq. Qarabağda ilk qurculuq işləri tarixi abidələrin qorunub saxlanmasından, bərpa olunmasından başlayıb”.

Ramil Əliyev həmçinin qeyd edib ki, dünya bir daha Azərbaycan hökümətinin və xalqının nə qədər mədəniyyətə və dini zənginliyə dəyər verdiyinin şahidi oldu: “Bundan sonrada Qarabağda quruculuq işləri bunların bariz nümunəsi olacaq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı