Xəbərlər 12.03.2024 10:09 1210

Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgiz Kərimov 1992-ci ilin 12 mart tarixində Xocalı rayonunun Naxçıvanlı kəndi istiqamətində mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri olub. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qatılıb. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı düşməni darmadağın edib. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olub. O, iştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı