Xəbərlər 12.03.2024 14:51 1497

QHT Şəki, Lənkəran və Quba rayonlarında ekoloji mövzuları əhatə edən təlimlər təşkil edib - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı çərçivəsində Şəki, Lənkəran və Quba rayonlarında da ekoloji mövzuları əhatə edən təlimlər təşkil olunub.

QHT.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ekoloji problemlərin qarşısının alınmasında fərd olaraq hər kəsin iştirakının vacibliyinə toxunan təlimçi Qafqaz Ağabalayev Şəkidən olan könüllülərə ekoloji problemlər və onların fəsadlarının aradan qaldırılmasında beynəlxalq həmrəylik, həmçinin bu il ölkəmizin ev sahibi olduğu COP29 beynəlxalq tədbirinin əhəmiyyəti haqqında məlumat verib.

Lənkəranda təşkil edilən təlim ətraf mühitin qorunması istiqamətində gənclərlə qarşılıqlı müzakirə əsasında keçib. Təlimçi Afiq Məlikov tərəfindən könüllülərə iqlim dəyişikliyi fonunda dünyada gedən ekoloji proseslər, iqlim dəyişmələrinin canlı aləmə təsiri haqqında məlumat verilib, həmçinin onların təklifləri dinlənilib.

Qubada təlimçi Mahir Ağayev ətraf mühitin mühafizəsi, eyni zamanda tarixi abidələrin qorunması, təbliği və əhalinin bu sahədə maarifləndirilməsində gənclərin rolundan danışıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı