Xəbərlər 13.03.2024 13:29 1259

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Səbail rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

 

Tədbirdə Bakı şəhəri, Səbail rayonu ərazisində fəaliyyət göstərən 162 nömrəli tam orta məktəbin şagirdləri, müəllimlər və “Məktəblinin dostu” layihəsinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçılarına yanğınsöndürən və xilasedicilərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin seçilmiş əl işlərindən ibarət sərgi məktəblilərdə böyük təəssürat yaradıb.

 

Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı