Xəbərlər 29.03.2024 09:38 2125

"Nüfuzu satmaq istəyən çoxdur, alanlar isə az"- Sahib Məmmədov

"Bu baxımdan NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussenin birdən-birə ermənipərəst olmasına təccüblənmək lazım deyil. Belələrinin bir dəstəsini Avropada babat qiymətə istənilən "bazardan" almaq olur. Adam NATO baş katibi olub, ondan əvvəl Danimarkanın baş naziri olub. İndi də pensiyaçıdır. Əlavə cibxərcliyi niyə ona mane olsun ki? Keçmişdə qazandığı nüfuzunu indi pula çevirir. Bu pulu məsələn pitsanı (Qarbaçov pitsa reklamından 600 000 dollar qazanmışdı) reklam etməklə də qazana bilərdi. Yəqin bu məhsulun reklamı üçün yaramır".

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, əlbəttə əvvəllərdə dünya səviyyəsində məşhurlaşmış şəxslər var ki, heç zaman belə iyrənc yolla pul qazanmaz: "Bunu etmək üçün cəmi bir şey lazımdır. Ləyaqətsiz olmaq. Ləyaqət də elə şeydir ki, onu pula çevirmək olmur. Amma unutmayaq ki, belələri nə qədər ləyaqətsiz olsalar da fikirləri, söylədikləri müəyyən təsirə malikdir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı