Xəbərlər 15.04.2024 15:08 1293

“Hər şey Vətən üçün” adlı tədbir keçirilib - FOTO

Hüquq və İnsan Haqları İnstitutunun Həmkarlar Təşkilatının sədri Leyla Məmmədova və İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin əməkdaşı, qazi Əmrah Rəhimli aprelin 9-da AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının Ramazan bayramı münasibətilə şəhid ailələrinin və qazilərin iştirakı ilə təşkil etdiyi “Hər şey Vətən üçün” adlı tədbirdə iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbirdə ölkə prezidenti İlham Əliyevin müdrik siyasəti və qəhrəman ordumuzun şücaəti sayəsində Azərbaycanın böyük Zəfər qazanaraq tarixi ədaləti bərpa etməsindən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində həmkarlar təşkilatlarının gördükləri təqdirəlayiq işlərdən bəhs olunub.

Tədbirdə İnstitutun əməkdaşlarına Fövqəladə Hallar Nazirliyi Həmkarlar İttifaqının Vətən müharibəsində ölkə prezidenti İlham Əliyevin çıxışlarından ibarət nəşri olan “İnformasiya müharibəsində qələbə - Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev” adlı kitab təqdim olunub. Qazi Əmrah Rəhimli İnstitutun Həmkarlar Təşkilatı tərəfindən də mükafatlandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı