Xəbərlər 15.04.2024 23:17 1803

QHT-lərin sosial dəstəyə, qadınların inkişafına yönələn birliyi - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi 12 Aprel 2024- cü il tarixində daha bir QHT ilə əməkdaşlıq əlaqələrinin təməlini qoyub.

QHT.az xəbər verir ki, “Ümid Yolu” Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanmış sovqatlar Ramazan Bayramı günlərində Neftçala rayonunun şəhər və 3 kəndində ehtiyacı olan 15  ailəyə çatdırılıb. Çatdırılmada Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin əməkdaşları vasitəçilik edib.

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə və “Ümid Yolu” Xeyriyyə İctimai Birliyinin əməkdaşları ünvanlarda qadınlarla görüşüb, onların yaşam tərzi və ehtiyacları ilə maraqlanıblar. “Ümid Yolu” Xeyriyyə İctimai Birliyinin sədri Nəzrin Əliyeva əlaqələrin daha sıx olması üçün çalışacağını, eləcə də fəaliyyətində Neftçala rayonunu diqqətdə saxlayacağını vurğulayıb


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı