Xəbərlər 16.04.2024 01:02 1874

Ətraf Mühit və Hüquq: Ekoloji biliklər günü ilə bağlı QHT sədrindən MÜSAHİBƏ

Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində ekoloji biliklər günü kimi qeyd olunur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

QHT.az bu mövzunun hüquqi tərəflərini araşdırmaq üçün Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovdan müsahibə götürüb.

QHT.az: Hüquqi proseslərdə və qərarların qəbulunda ətraf mühit məsələlərinin dəyərləndirilməsi necə təmin edilir?

 

Fariz Əkbərov: Hazırda hər kəs bəşəriyyətin artan tələbatları və planetin azalmış imkanları arasında səmərəli tarazlığa nail olmaq üçün və bu zaman onsuz da pisləşmiş təbiətin vəziyyətini qoruyaraq minimal ekoloji biliklərə və ətraf mühit ilə ehtiyatlı qarşılıqlı təsir üsullarına malik olmalıdır. Ekolojı təhsil və maariflənmə təbiətin mühafizə problemlərinin həllində mühüm vasitə kimi qəbul edilir. Eyni zamanda ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qəbul olunub. Konsepsiyada ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.

 

QHT.az: Hüquqi çərçivədə iqtisadi subyektlər və fərdi şəxslər üçün ətraf mühiti qorumağa dair olan öhdəliklər nələrdir?

 

Fariz Əkbərov: Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq etmişdir. Həmin yol xəritəsinə atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsidir. BMT-nin 2030- Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendal Çərçivə Proqramında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilmişdir. Bioloji müxtəlifliyin qorunması, o cümlədən, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması məqsədilə bir sıra beynəlxalq razılaşmalar, konvensiyalar qəbul edilmişdir.

 

QHT.az: Dövlət tərəfindən ətraf mühit məsələlərinin nəzarət altında saxlanılması və yaxşı idarə olunması üçün hansı hüquqi mexanizmlər mövcuddur?

 

Fariz Əkbərov: İnsan fəaliyyətlərinin ətraf mühitə təsirləri başladıqdan bəri, bizim yaşamağımıza kömək olan ətraf mühiti ən yaxşı necə qoruya bilərik sualı meydana çıxmışdır. 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Ətraf Mühit Konfransı ilə bağlı Stokholm Bəyannaməsi 17 ətraf mühitin mühafizəsi üçün hüquqlara əsaslanan yanaşmanın başlanğıc nöqtəsi kimi qəbul edilə bil ər. Bu Bəyannamə belə bir prinsipi nəzərdə tuturdu: “insan keyfiyyətli, layiqli və xoşbəxt həyat sürməyə imkan verən ətraf mühitdə azad, bərabər və müvafiq həyat şəraiti hüququna malik olmaqla, indiki və gələcək nəsillər naminə ətraf mühitin qorunması və yaxşılaşmasına görə məsuliyyət daşıyır.”

Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı Orxus Konvensiyası 1998-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən razılaşdırılmışdır. Konvensiya 40 ölkə və həmçinin Avropa İttifaqı tərəfindən ratifikasiya edilmişdir. Bu, "mövcud və gələcək nəsillərdən olan hər bir kəsin öz sağlamlığına uyğun olan bir mühitdə yaşamaq hüququnu" tanıyan ilk beynəlxalq sənəddir. Bu konvensiya həmçinin ətraf mühit məsələləri ilə bağlı ictimai məlumatların əldə edilə bilməsi, ekoloji qərarların qəbul edilməsində iştirak etmək və ekoloji qərarlarla bağlı müstəqil m əhkəmələrə çıxış imkanına malik olmaq hüququnu tanıyır.

 

QHT.az: Hüquqi cəza tədbirləri və cərimələri ətraf mühiti pozanlara qarşı necə təmin edir?

 

Fariz Əkbərov: Ekoloji pozuntu. İnsanlar öz iqtisadi tələbatını ödəmək məqsədilə ətraf təbii mühitə təsir edərkən öz hərəkətlərini ekoloji dəyərlərlə uyğunlaşdırmırlar. Bunun nəticəsində cəmiyyətlə təbiət arasındakı balans pozulur və ətraf təbii mühitə ziyan vurulur. İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan  fiziki, hüquqi və vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunur.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı