Xəbərlər 16.04.2024 14:00 1322

Dünyanın ən işlək hava limanları: Sərnişin axını artmaqda davam edir

Ən çox beynəlxalq sərnişin qəbul edən hava limanları Dubay, London, Amsterdam, Paris və Sinqapur olub.

QHT.az xəbər verir ki, turizm sənayesi koronavirus pandemiyasından qurtulduğu üçün 2023-cü ildə beynəlxalq hava səyahətləri artıb və ilk 10 qlobal sərnişin daşıma reytinqində əhəmiyyətli dəyişikliklər baş verib. Dünyanın 180-dən çox ölkə və ərazisində 2600-dən çox hava limanından toplanmış məlumatlar əsasında  Beynəlxalq Hava Limanları Şurasının 2023-cü il üçün dünyanın ən işlək 10 hava limanının ilkin reytinqi bunu sübut edir.

2023-cü il üçün dünyanın ən işlək 10 hava limanı

1. Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanı (2022-ci il üçün 1-ci yer).

2. Dubay Beynəlxalq Hava Limanı (5).

3. Dallas/Fort Uort Beynəlxalq Hava Limanı (2).

4. London Hitrou (8).

5. Tokio Haneda Beynəlxalq Hava Limanı (16).

6. Denver Beynəlxalq Hava Limanı (3).

7. İstanbul Hava Limanı (7).

8. Los Anceles Beynəlxalq Hava Limanı (6).

9. Çikaqo O'Hare Beynəlxalq Hava Limanı (4).

10. Yeni Dehlidə İndira Qandi Beynəlxalq Hava Limanı (9).

Eyni zamanda, ən çox beynəlxalq sərnişin Dubay, London, Amsterdam, Paris və Sinqapur hava limanlarında qəbul edilib. Heç bir ABŞ hava limanı ilk onluğa daxil ola bilməyib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı