Xəbərlər 16.04.2024 21:58 982

Avropa İttifaqı okeanların qorunmasına 3,5 milyard avro xərcləyəcək

Avropa İttifaqı bu il bir sıra təşəbbüslər vasitəsilə okeanı qorumaq və davamlı inkişafı təşviq etmək üçün 3,5 milyard avro xərcləyəcək. Aİ-nin bu həftə Afinada keçirilən illik Okean konfransında elan etdiyi 40 öhdəliyi dənizin çirklənməsi ilə mübarizədən tutmuş davamlı balıqçılığın dəstəklənməsinə və iqtisadi fəaliyyətlər üçün dəniz və şirin su ehtiyatlarının davamlı istifadəsi adlanan investisiyaya qədərdir.

QHT.az xəbər verir ki, Avropa Birliyinin iqlim dəyişikliyi xidməti Kopernik keçən ay 1979-cu ilə qədər olan məlumatlara əsaslanaraq okeanların temperaturunun fevral ayında rekord həddə çatdığını bildirib. Həddindən artıq balıq ovu və plastik çirklənmə də dünya okeanları üçün əsas təhlükədir.

Aİ fondlarının əksəriyyəti Kipr, Yunanıstan, Polşa, Portuqaliya və İspaniyada davamlı balıqçılıq və akvakulturada 14 investisiyaya və bir islahata dəstək verəcək. Aİ-nin digər təşəbbüsləri Afrika ölkələrinə mavi iqtisadiyyatlarını inkişaf etdirməyə kömək etmək məqsədi daşıyır.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, konfrans zamanı ümumilikdə 10 milyard dollar dəyərində 400-dən çox yeni öhdəlik elan ediləcək. 

Yunanıstan 21 öhdəliyin yerinə yetirilməsi üçün 780 milyon avro xərcləyəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı