Portağal qabığının tərkibində ürəyi gücləndirən maddələr var
Florida Universitetinin alimləri portağal qabığı ekstraktında ürəyə zərər verən birləşmələri maneə törədən faydalı fitokimyəvi maddələr tapıblar.
QHT.az xəbər verir ki, bu fitokimyəvi maddələr bağırsaq bakteriyalarının trimetilamin N-oksid (TMAO) istehsalını azaldır. TMAO ateroskleroz və ürək çatışmazlığının inkişafında rol oynayır.
Araşdırmalar göstərib ki, portağal qabığı ekstraktı xüsusilə feruloylputrescine adlı bir birləşmə ilə zəngindir. Bu maddə, TMAO istehsalını azaltmağa kömək edir və ürək sağlamlığı üçün faydalıdır.
Alimlər bildirirlər ki, bu kəşf yeni funksional qidaların və dərmanların inkişafına kömək edə bilər. Həmçinin, sitrus meyvələri istehsalı tullantılarının istifadəsi ətraf mühitin çirklənməsi problemini də qismən həll edəcək.
Pərvanə Fərhadqızı