Xəbərlər 16.05.2025 15:44 125

Prezident Administrasiyasının nümayəndəsi Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb.

QHT.az xəbər verir ki, Tural Əliyev bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb. O, dövlət qurumlarının fəaliyyətində ictimai nəzarətin əhəmiyyətinə toxunub.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Nazirliyin fəaliyyət istiqamətləri üzrə İctimai şuranın işinin vacibliyini qeyd edib.

Görüşdə İctimai şuranın vəzifələrindən bəhs olunub, təkliflər dinlənilib, suallar cavablandırılıb, müvafiq qeydlər götürülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı