Qəhrəman şəhidimiz Asif Abışovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 2 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Asif Abışov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!