Oktyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxanasında “Şuşa əbədi mühiti: Əbdürrəhimbəy Haqverdiyev irsinin təbliği” layihəsi çərçivəsində Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” İngilis dilində, kitabının təqdimatı keçirilib.
Təqdimatda Əbdürrəhimbəy Haqverdiyev Mərkəzinin sədri, ədibin nəticəsi Eldar Məlik-Abbas tərəfindən Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” kitabının, eləcə də audio kitabının ilk dəfə ingilis dilində nəşr olunmuş variantı təqdim edilib. Təqdimat İngilis və Azərbaycan dillərində PowerPoint proqramı çərçivəsində aparılıb.
Audio kitab Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin DSpace Rəqəmsal Arxivi haqqında məlumat verilib:
ttp://dspace.adu.edu.az:4000/collections/d6529f2d-5a64-4ca3-b6db-9ece4e1c249d?spc.page=2.
Audio kitabın linki təqdim olunub:
Ahverdoff Media, TV and Global News - Secilmiş Əsərləri audio book in English
Tədbirdə Eldar Məlik-Abbas, Sankt-Peterburqdan ərəbşünas, Əbdürrəhimbəy Haqverdiyev və Kanadakı Heydər Əliyev Mərkəzi ilə üçtərəfli Memorandum baqlayan Liza Belyakova, və Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxış ediblər.
Qeyd olunub ki, bu kimi kitab təqdimatları tələbələrin mütaliəyə marağının artırılması, dünyagörüşünün genişləndirilməsi və intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərə yeni nəşrlərlə tanış olmaq və əsərin əsas ideyasını daha dərindən anlamaq imkanı yaradır.
Təqdimat zamanı Ulu Öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarından səsləndirilmiş sitatlar, Mir Calal Paşayevin kitabda ön sözləri robot vasitəsi ilə səslədirilmiş nümayiş olunub, Mir Cəlal Paşayevin Ə. Haqverdiiyev haqqında çıxışı sənədli film göstərilib. Ə. Haqverdiyev dəfni haqqında sənədli film, o cümlərə sünni intellekt ilə yaradılan “Dagılan Tifaq” çarxı nümayiş olunub, səsli robot ilə Ə. Haqverdiyevin səsləndirilən çıxışı nümayiş olunub və Ə. Haqverdiyevin tarixi şəkilləri göstərilib.
Təqdimatdın sonunda hər iştirakçıyə ingilis dilində “Seçilmiş əsərləri” kitabı paylanılıb.












