100-dən çox humanitar yardım, insan hüquqları və vətəndaş cəmiyyəti təşkilatı Qəzza zolağında atəşkəsin real vəziyyəti əks etdirmədiyini bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatların bəyanatına görə, atəşkəs razılaşmasının əldə olunmasından bir il keçməsinə baxmayaraq, bölgədə insanların həyatına təhlükə davam edir. Açıqlamada humanitar yardıma, avadanlıqlara və yenidənqurma materiallarına qoyulan məhdudiyyətlərin əhalinin vəziyyətini ağırlaşdırdığı vurğulanıb.

Təşkilatlar mülki əhalinin müdafiəsinə, humanitar yardımın maneəsiz çatdırılmasına və insanların əsas ehtiyaclarının qarşılanmasına çağırış ediblər.