Dünyada aclıq və qidalanma problemlərini izləyən məlumat sistemləri maliyyə çatışmazlığı səbəbindən ciddi təhlükə ilə üzləşib. Bu sistemlərin gələcəyi ilə bağlı narahatlıqlar artır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Qana­nın Akkra şəhərində keçirilən Mikronutrient Forumunun qlobal konfransında GAIN təşkilatının biliklərin idarə olunması üzrə direktoru Mduduzi Mbuya məlumatların əhəmiyyətini vurğulayıb. O bildirib ki, ölçülməyən problemləri həll etmək mümkün deyil. Məlumatların kifayət qədər olmaması aclıq və qidalanma problemi yaşayan insanların qərarvericilər tərəfindən görünməməsinə və yardım ala bilməməsinə səbəb olur.

Hazırda aclıq böhranlarını proqnozlaşdıran, qidalanma vəziyyətini ölçən və humanitar yardımla bağlı qərarların qəbuluna kömək edən bir çox məlumat platforması maliyyə çatışmazlığı səbəbindən ciddi risk altındadır. Xarici yardımların azaldılması isə xüsusilə qidalanma sahəsində çalışan mütəxəssisləri narahat edir.