Afrika İttifaqı çərşənbə günü yeni qitəmiqyaslı kredit reytinq agentliyini — Afrika Kredit Reytinq Agentliyini (AfCRA) fəaliyyətə başlayıb. Təşəbbüsün əsas məqsədi Afrika ölkələrinin maliyyə risklərinin qiymətləndirilməsini təkmilləşdirmək və investisiyaların cəlb edilməsini asanlaşdırmaqdır.
QHT.az xarici mediaya istinadən bildirir ki, AfCRA Afrika ölkələrinin iqtisadi göstəriciləri və yerli ekspertlərin bilikləri əsasında hökumətləri, regional qurumları və şirkətləri qiymətləndirəcək. Bununla da ölkələrin və bizneslərin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Agentliyin yaradılması ilk dəfə 2017-ci ildə Afrika İttifaqı tərəfindən təklif edilib. Afrika liderləri beynəlxalq kredit reytinqlərinin qitədəki riskləri bəzən olduğundan yüksək göstərdiyini və yerli iqtisadi şəraiti tam əks etdirmədiyini bildirirlər.
Bu vəziyyət ölkələrin borclanma xərclərini artırır və infrastruktur, səhiyyə, təhsil və enerji sahələrinə ayrılan vəsaitləri məhdudlaşdırır. Yeni agentliyin bu problemlərin aradan qaldırılmasına və Afrikaya investisiya axınının artırılmasına töhfə verməsi gözlənilir.












