Dünyada doğuş səviyyəsinin azalması və ana olma yaşının yüksəlməsi reproduktiv sağlamlıqla bağlı narahatlıqları artırır. Eyni zamanda, süni intellekt və yeni texnologiyalar süni mayalanma sahəsində mühüm yeniliklərə yol açır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kiprdə keçirilən V Süni Mayalanma və Sonsuzluq Dərnəyinin (TÜBİD) konqresində 1200 mütəxəssis reproduktiv təbabətin gələcəyini müzakirə edib. Tədbirdə dünyada doğuş səviyyəsinin azalması, sonsuzluğun müalicəsi və süni mayalanma texnologiyalarının inkişafı diqqət mərkəzində olub.
Konqresin rəhbəri, süni mayalanma və ginekologiya üzrə mütəxəssis professor Bülent Tıraş bildirib ki, dünyada ümumi doğuş əmsalı 2,25-ə qədər azalıb. Onun sözlərinə görə, ölkələrin 55 faizində bu göstərici əhalinin təbii artımını təmin etmək üçün qəbul edilən 2,1 həddindən aşağıdır.
Türkiyədə də vəziyyətin diqqətçəkən olduğunu bildirən Tıraş qeyd edib ki, ölkədə doğuş əmsalı 2001-ci ildəki 2,38 göstəricisindən 2024-cü ildə 1,48-ə düşüb. İlk doğuş zamanı anaların orta yaşının dünyada 28,3, Türkiyədə isə 29,7 olduğunu deyən mütəxəssis reproduktiv təbabətə ehtiyacın artdığını vurğulayıb.
Süni mayalanmada yeni texnologiyalar
Konqresdə süni mayalanma sahəsində tətbiq edilən müasir texnologiyalar da müzakirə olunub. Professorun sözlərinə görə, yeni görüntüləmə sistemləri embrionların inkişafını laboratoriya şəraitində fasiləsiz izləməyə imkan verir. Bu texnologiyalar embrionların inkişaf xüsusiyyətlərinin daha ətraflı qiymətləndirilməsinə şərait yaradır.
Süni intellekt də embrionların inkişafını əks etdirən görüntülərin təhlilində istifadə olunur. Sist












