Fransa hökuməti 2027-ci il üçün inkişaf büdcəsində ciddi ixtisar təklif edib. Büdcə layihəsinə əsasən, inkişaf üzrə öhdəliklər 43 faiz, 2027-ci ildə həyata keçiriləcək ödənişlər isə 11 faiz azaldılacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, 43 faizlik azalma 1,9 milyard avro (2,1 milyard dollar) təşkil edir. Bu, Fransanın inkişaf büdcəsində indiyədək təklif edilən ən böyük ixtisar və büdcənin ardıcıl altıncı dəfə azaldılması olacaq.

43 faizlik azalma 2027-ci ildən sonrakı illərdə istifadə edilə biləcək vəsaitlərə, 11 faizlik azalma isə 2027-ci ildə faktiki ödəniləcək və 400 milyon avrodan çox təşkil edən vəsaitlərə aiddir.