İstanbulda 27 Sentyabr – Anım Günü münasibətilə anım tədbiri keçirilib.

Tədbir İstanbul Şehit Aileleri Yardımlaşma Sosial Kültürel ve Dayanışma Dərnəyi və Azərbaycan Şəhid Analarını Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Anım mərasimində Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əsgər və zabitlərin, eləcə də bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir iştirakçıları şəhidlərin göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında daim yaşayacağını, onların Vətən qarşısındakı misilsiz xidmətlərinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.