Dünyanın böyük humanitar təşkilatlarından biri olan “Islamic Relief Worldwide” (IRW), “Islamic Relief USA”nın qlobal federasiyadan çıxarılmasından sonra ABŞ-də yeni təşkilat yaratmağı planlaşdırır. Keçmiş “Islamic Relief USA” isə adını “Islamic Development and Empowerment in America” (IDEA) olaraq dəyişib.

QHT.az xarici mediaya istinadən bildirir ki, IRW-nin sözçüsü amerikalı donorların təşkilatla əlaqə saxlayaraq dəstəklərini davam etdirmək istədiklərini bildirib. IRW 30 ildən artıqdır ki, ABŞ-də “Islamic Relief USA” vasitəsilə fəaliyyət göstərib.

Yeni qurumun “Islamic Relief” adını daşıyacağı və IRW federasiyasının üzvü olacağı gözlənilir. Təşkilatın yaradılması ilə bağlı tarix və digər detallar hələ müəyyənləşdirilməyib.

IRW bildirib ki, yeni təşkilat ABŞ-nin qanunvericiliyinə və bütün hüquqi-tənzimləyici tələblərə uyğun şəkildə yaradılacaq.