Araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,3 milyon yeni hal deməkdir.

QHT.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, halların böyük hissəsində Helicobacter pylori, HPV, hepatit B, Epstein-Barr və hepatit C virusları rol oynayıb.

Tədqiqatçılar infeksiyaların qarşısının alınması, peyvəndləmə, erkən diaqnostika və effektiv müalicənin xərçəng hallarının azalmasına əhəmiyyətli təsir göstərə biləcəyini vurğulayıblar.