Çərşənbə günü süni intellekt yarışında Anthropic və OpenAI ilə rəqabəti gücləndirmək məqsədilə yeni addım atan şirkət, Gemini 4 modellərinin əsasını təşkil edəcək yeni yüksək səviyyəli süni intellekt modelini təqdim edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət sözçüsünün açıqlamasına görə, “Argon” adlandırılan yeni model Google-un əvvəlki “Pro” modellərindən daha böyükdür.
Şirkətin yaydığı məlumata əsasən, “Argon” müxtəlif sənaye meyarlarında şirkətin özünün açıqladığı nəticələrə görə “Astra” və “Opus” modellərini geridə qoyub. Bununla belə, model bəzi digər göstəricilərdə, o cümlədən kodlaşdırma üzrə dörd sınaqdan ikisində rəqiblərindən geri qalıb.
Şirkət sözçüsü bildirib ki, Google CEO-su Sundar Piçainin iyun ayında təqdim ediləcəyini açıqladığı “Gemini 3.5 Pro” modelini artıq buraxmağı planlaşdırmır.
Süni intellekt modelinin hazırlanmasında aylarla davam edən gecikmələr Google-un Anthropic və OpenAI-dən geri qalmasına səbəb olub. Bu şirkətlər isə qabaqcıl modellərinə yeni versiyalar əlavə edərək süni intellekt sahəsində inkişafı davam etdiriblər.
Google son aylarda “Gemini”nin ən qabaqcıl xüsusiyyətlərini önə çıxarmaq əvəzinə, rəqib modellərlə müqayisədə daha aşağı qiymətə malik olmasını vurğulamağa başlayıb.
Zəhra Mansırova












