“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi 13–16 yaşlı yeniyetmələr üçün “Kibertəhlükəsizlik üzrə maarifləndirmə” mövzusunda ödənişsiz onlayn təlim təşkil edir.
Təlimin Tarixi və saatı
22 Oktyabr 2026
Saat 15:00
Format: Onlayn — Google Meet
Yaş qrupu: 13–16 yaş
İştirak: Tamamilə ödənişsiz!
Təlimdə öyrənəcəyik:
Kibergigiyena və rəqəmsal təhlükəsizlik
Fərdi məlumatların və şəxsi hesabların qorunması
Fişinq və sosial mühəndislik
Sosial şəbəkələrdə təhlükəsiz davranış
İnternet fırıldaqlarının və şübhəli keçidlərin tanınması
Güclü şifrələrdən düzgün istifadə
QEYDİYYAT VƏ VALİDEYN RAZILIĞI MÜTLƏQDİR!
Qeydiyyat üçün valideyn və ya qanuni nümayəndə WhatsApp vasitəsilə 055 789 42 42 nömrəsinə aşağıdakı məlumatları göndərməlidir:
İştirakçının adı, soyadı və yaşı; valideynin adı, soyadı və əlaqə nömrəsi; həmçinin yazılı razılıq:
“Övladımın 22 oktyabr 2026-cı il tarixində saat 15:00-da keçiriləcək onlayn kibertəhlükəsizlik təlimində iştirakına razılıq verirəm”.
Son qeydiyyat tarixi: 21 oktyabr 2026-cı il
Google Meet linki:
https://meet.google.com/wcw-iyhq-jnk
İştirak üçün telefon, planşet və ya kompüter, sabit internet bağlantısı və səs avadanlığı lazımdır. Təlimə 5–10 dəqiqə əvvəl qoşulmaq tövsiyə olunur.
Qeydiyyat və məlumat:055 789 42 42 (WhatsApp)
Təhlükəsiz internet, məlumatlı yeniyetmə, güvənli gələcək!
Təşkilatçı: “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi












