Xəbər verdiyimiz kimi, 16 oktyabrda Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.
QHT.az cebheinfoaz-a istinadən bildirir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən 28 jurnalist namizəd, 18 ictimaiyət nümayəndəsi Şuranın İdarə Heyətinin üzvlüyünə namizəddir.
Adı namizədlər siyahısında olan “Cümhuriyət” qəzeti və “Cebheinfo.az” Xəbər Portalının baş redaktoru Rəfail Becanov namizədliyini geri götürdüyünü bildirib:
“Bəli, mənim də adım siyahıda var. Etimada görə hər kəsə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Amma öz namizədıiyimi geri götürürəm və gənclərimizin daha çox həm namizəd olmasını, həm də İdarə Heyətində təmsil olunmasını arzulayıram”.












