Sağlam qidalanmanın mühüm hissəsi olan vegan və vegetarian pəhrizləri düzgün planlaşdırılmadıqda ağız və diş sağlamlığı baxımından müəyyən risklər yarada bilər. QHT.az xarici mediaya istinadən bildirir ki, xüsusilə kalsium və D vitamini çatışmazlığı diş minasının inkişafına mənfi təsir göstərə, uzun müddətdə isə çənə sümüyünün itirilməsi riskini artıra bilər.
Mütəxəssislər diş sağlamlığını qorumaq üçün yalnız ağız gigiyenasına deyil, gündəlik qidalanmada vitamin və mineralların kifayət qədər qəbul edilməsinə də diqqət yetirilməsinin vacibliyini bildirirlər.
Qidalanma vərdişlərinin ağız və diş sağlamlığına təsiri, xüsusilə vegan və vegetarian qidalanan insanlar üçün əhəmiyyət daşıyır. Bitki mənşəli qidalarla zəngin pəhriz düzgün planlaşdırıldıqda sağlamlığı dəstəkləyə bilər. Lakin bəzi vitamin və mineralların kifayət qədər qəbul edilməməsi dişlərin inkişafından çənə sümüyünün quruluşunadək müxtəlif problemlərə səbəb ola bilər.
Mütəxəssislər xüsusilə kalsium və D vitamini çatışmazlığına diqqət çəkərək sağlam dişlərin qorunması üçün qidalanmada bu maddələrin kifayət qədər olmasının vacibliyini vurğulayırlar.
Onların fikrincə, balanslaşdırılmış qidalanma və düzgün ağız gigiyenası dişlərin və çənə sümüklərinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Vegan və vegetarian qidalanan şəxslərin isə mümkün qida çatışmazlıqlarının qarşısını almaq üçün gündəlik rasionlarını düzgün planlaşdırmaları tövsiyə olunur.












