Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanaları ətraf mühit üçün ciddi narahatlıq yaradır. Xüsusilə küləkli havalarda karxanalardan qalxan daş və qum tozları atmosferə yayılaraq yaşayış məntəqələrinə, binalara və ümumilikdə Bakı şəhərinin havasına mənfi təsir göstərir.

İlin bütün fəsillərində küləyi bol olan Abşeron yarmadasına yaxın ərazilərdə yerləşən karxanalardan yayılan tozun qarşısının alınması üçün müvafiq nəzarət və qoruyucu tədbirlər gücləndirilməlidir. Çünki məsələ yalnız binaların, nəqliyyat vasıtələrinin üzərinə çökən toz deyil-söhbət insanların nəfəs aldığı havanın kefiyyətindən və şəhər sakinlərinin sağlamlığından gedir.

Qaradağ rayonunda fəaliyyət göstərən karxanaların tozu Bakının üzərinə yayılmamalıdır. Reallıqda bu sexlərin hər birinin ayrı-ayrılıqda ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji öhdəlikləri vardır. Lakin buna baxmayaraq atmosferə, təbiətə, ümumilikdə milyonlarla insanların yaşadığı Bakı sakinlərinə ciddi zərər vurmaqda davam edirlər.

Bir neçə il öncə Sahil Tağıyev qəsəbisi arasında çəkilən şose yolun bugün acınacaqlı çala-çuxurlu duruma düşməsində günahkarda karxanalardan daş daşıyan ağır tonnajlı maşınlardı. Təmiz hava hər bir insanın haqqıdır və onun qorunması aidiyyatı qurumların, sahibkarların və cəmiyyətin ortaq məsuliyyəti olmalıdır..

“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev