"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz sosial media hesabında “44 gün” filminin təqdimatında şəhid analarına göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərliyinə və nümayəndələrinə minnətdarlığını bildirdiyi paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"“44 gün” filminin təqdimatında biz şəhid analarına göstərilən diqqət və ehtiram, mənəvi dəstək hər birimizin qəlbində dərin iz buraxdı.

Hörmətli Heydər Əliyev Fondunun rəhbərliyi və nümayəndələri!

Şəhid analarına göstərdiyiniz diqqətə, qayğıya və ehtirama görə Sizə dərin minnətdarlığımızı bildiririk. Şəhid anasının qəlbində övlad həsrəti heç vaxt bitmir. Bu həsrətin içində göstərilən hər bir diqqət, uzadılan hər bir qayğı əli bizim üçün böyük mənəvi dayaqdır.

Biz şəhid anaları olaraq inanırıq ki, övladlarımızın əziz xatirəsinə göstərilən ehtiram, onların ailələrinə göstərilən qayğı Vətənə olan sevginin və milli dəyərlərimizə sədaqətin ən gözəl nümunəsidir.

Heydər Əliyev Fondunun şəhid ailələrinə və şəhid analarına göstərdiyi diqqət və həssas münasibət bizə bir daha hiss etdirir ki, şəhidlərimizin əmanətləri unudulmur, onların anaları tək deyil.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid analarına göstərdiyiniz diqqət və qayğıya görə Heydər Əliyev Fonduna ürəkdən təşəkkür edirik. Var olun!"