Xəbərlər 20.12.2023 17:07 3319

Gəncədə zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması layihəsinin icrasına başlanıb - FOTOLAR

“Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 noyabr 2023-cü il tarixindən etibarən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsünün icrasına başlanılmışdır. Bu təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.

“Təmas – Sərvi” MMC-nin direktoru Kubra Ələkbərova QHT.az-a bildirib ki, təşəbbüs çərçivəsində həyata keçiriləcək əsas fəaliyyətlərə daxildir:

Gəncə şəhərində həssas vəziyətdə olan  qaınlar  üçün iki aylıq dərziçilik kursunun təşkili;

Təlimlərə cəlb olunmuş benefisiarlar tərəfindən test məhsulların  hazırlanması və potensial korporativ müştərilərə nümayişin təşkil edilməsi; 

“Təmas Sərvi” sosial biznesin idarə olunmasına cəlb edilmiş benefisarlara  şəxsi inkişaf, emosional intellekt, insan resurslarının idarə olunması, menecerlik bacarıqları və digər yumşaq bacarıqlar, fərdi, korporativ satışların artırılması və  maliyyə savadlılıgına  dair mentorluq sessiyalarının təşkili;

“Təmas Sərvi” sosial biznesin işçiləri tərəfindən sığınacaqda müvəqqəti məskunlaşan qadınlar üçün qısamüddətli praktiki təlimlərin təşkili.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə,  “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı